Freelancer nedir?

Freelancer nedir?

Freelancer kimdir?

Frеelancer sadə dillə desək, ofisdən kənarda standart iş qrafiki olmadan işləyən “azad işçi”dir. Freelance işi xüsusi məşğulluq növüdür ki, burada rəsmi olaraq işə düzəlmək və iş vaxtı ərzində müdiriyyətdən göstərişlər almaq lazım gəlmir, çünki bu istiqamətdə hər kəs kiminlə əməkdaşlıq edəcəyinə və müştərilərə hansı xidmətləri təklif edəcəyinə müstəqil qərar verir.  Freelancer sərfəli hesab etdiyi sifarişi qəbul etməklə öz iş vaxtını və məkanını təyin edir. Bir sözlə, istədiyi şəxslə işləyir, nəticəyə özü cavabdehdir və eyni zamanda biznesinin həm sahibi həm də işçisi olur. Freelance işləyən şəxs gördüyü işə uyğun məvacib qazandığına görə, maaşla işləyən şəxslərə nəzərən daha azad iş şəraitinə sahibdir. Beləliklə həyat rutininizi pozmadan işləmək imkanı yaranır.

Freelance işləyişin üstünlükləri nələrdir?

Müstəqil işin vaxtı və yeri:

Freelancеrlər iş saatlarına bağlı olmadan və ofisə getmədən bizneslərini idarə etməklə yanaşı, işlərinin təslim vaxtını gecikdirmədiyi müddətcə iş saatlarını da özləri müəyyən edə bilirlər.

Sevdiyiniz işlə məşğul olmaq imkanı:

Freelancerlər, ofis işçiləri ilə müqayisədə bacarıq və təcrübələrinə uyğun olaraq sevimli işləri ilə məşğul olmaq fürsətini daha asan əldə edə bilərlər.

İş yükünü tənzimləyin:

Freelancerlər iş yüklərini özləri tənzimləyə bilərlər. Sərbəst işləyirsinizsə, sizin üçün mənalı və dəyəri yüksək olan əlavə layihələri seçə, iş həyatının stresli şərtlərindən daha uzaqda karyera qura bilərsiniz.

Birdən çox gəlir mənbəyi:

Freelancerlər möhkəm peşəkar əlaqələr qura və işlərini diqqətlə apara bildikləri müddət ərzində geniş müştəri kütləsi yarada bilərlər.

Əsas freelance iş sahələri bunlardır:

    - Dizayn

    - Proqramlaşdırma

    - Səs & Musiqi

    - Satış & Marketinq

    - Yazı & Tərcümə

    - Maliyyə & Mühasibatlıq