Orxan Məsimov

Tərcüməçi
Salam.
Mən - Orxan Məsimov. İngilis dilinin tədrisində 3 illik təcrübəm var. Fəaliyyətim müddətində Leznik & CO, Gəncliyə Yardım Fondu, TalktoTalk Academy kimi müəssisələrdə və fərdi şəkildə fəaliyyətim olub. Fəaliyyətim müddətində şəxsi tanışlıqlarım vasitəsilə ümumilikdə 500+ səhifəlik sərbəst və akademik yazıları İngilis > Azərbaycan, Azərbaycan > İngilis dillərinə tərcümə etmişəm. Bundan əlavə 450-yə yaxın 14-38 yaş aralıqlı şəxslərə Ümumi İngilis dili və ancaq danışıq dərsləri tədris etmişəm.
Coursera platforması üzərindən ingilis dilinin tədrisi və tərcümə sahəsində Arizona Dövlət Universiteti tərəfindən sertifikatlara sahibəm.
İngilis > Azərbaycan, Azərbaycan > İngilis dillərində tərcümə xidmətləri üçün müraciət edə bilərsiniz.
Ətraflı məlumat üçün qeyd edilən nömrə ilə əlaqə saxlamağınız xahiş olunur.