Zohre Aliyeva

Kopirayter
Əliyeva Zöhrə, filoloq
1997-2008-ci illər ərzində Bakı Türk Anadolu liseyində orta təhsil almışam.
2008-2012-ci illər ərzində Bakı Dövlət Universitetində filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) fakültəsində bakalavr təhsili almışam.
2012-ci il sentyabr ayından Dövlət İmtahan Mərkəzinin (əvvəlki adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) mətbuat orqanı "Abituriyent" jurnalı redaksiyasında korrektor vəzifəsində çalışmışam.
2021-ci il noyabr ayında Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı "Abituriyent" jurnalı redaksiyasında jurnalist vəzifəsinə təyin edilmişəm. Redaksiyada mətnlər yazıram, hazır mətnləri redaktə, korrektə edirəm. Həmçinin redaksiyanın ictimaiyyətlə əlaqələr, SMM işlərini icra edirəm.
Müxtəlif mövzulu mətnlərin yazılması, hazır mətnlərin redaktəsi, korrektəsi, SMM, ictimaiyyətlə əlaqələr, kurs işi, diplom işinin yazılması, kompüterdə mətnlərin yığılması işlərini freelance şəkildə icra edə bilərəm.